Şüşələr
Aşağıdakı yazımızda bir çox şüşə növləri ilə tanış olacaqsınız
şüşə növləri
Paket şüşə
Şüşə paket iki və ya daha çox düz şüşənin bir araya gətirilərək və arasında bəlli bir boşluq saxlayaraq emal edilən, səs və istilik izolyasiyası olan germetik kameradır. İstiliyin daxili mühitdən buna nəzərən daha soyuq olan xarici muhitə keçmə özəlliyi var və bu da isitmə xərclərini artırır. Şüşə paketin arasındakı hava boşluğu normal şüşədən 50% daha az istilik buraxır. Bu xüsusiyyət qış aylarında daha isti, yayda isə daha sərin muhitin yaranmasına imkan verir. Firmamız şüşə paketlərin germetizasiyasını tiakolla yanaşı slikon vasitəsi ilə də həyata kecirir.
Paket şüşədə nələr istifadə olunur
Paket şüşə arasına şüşə arası jalüz və ya şüşə arası karolaj quraşdırmaq mümkündür.
Paket şüşələr daha çox çöl mühitlə əlaqəsi olan qapı-pəncərələr və cəbhə sistemlərində istifadə olunur.
Laminə şüşə
Lamine şüşə rəngli və ya rəngsiz xüsusi bağlayıcı Polyvinyl butiral (PVB) təbəqələr köməyilə iki və ya daha çox şüşənin istilik və təzyiq altında birləşdirilməsidir. Qırılma halında parçaları yerində tutaraq zədə risklərini azaldır. Bu xüsusiyyəti səbəbiylə laminə şüşə təhlükəsizlik şüşəsi olaraq qəbul edilir. Laminə şüşə, ultra bənövşəyi şüaların aşağı keçiriciliyi ilə əşyaların təbii rənglərinin daha uzun müddət qorunması və səs-küy keçirməzliyi tərəfdən də faydalıdır.Standart laminə istehsalı 0,38 mm qalınlıqlı rəngsiz PVB ilə aparılır. Ayrıca 0.76, 1.14, və ya 1.52 mm qalınlığında da ola bilər.
Laminə şüşədə nələr istifadə olunur
Laminə şüşələr əsasən arakəsmələrdə, cəbhə sistemlərində, böyük qanadlı sürmələrdə, sky light (qış baxçası) sistemlərində, perilalarda istifadə olunur.
Temperli şüşə
Temperləmə – şüşənin digər xüsusiyyətlərini dəyişdirmədən zərbəyə, təzyiqə və istidən gərilmələrə qarşı davamlılığının artırılmsı prosesidir.Temperlənmiş şüşə normal şüşəyə görə 5 qat daha çox zərbəyə davamlıdır. Temperləmə prosesi şüşənin xüsusi peçlərdə ərimə nöqtəsinə yaxın istiliyə (625-645°C) qədər isidilib, anidən təzyiq altında soyudularaq (60°C) sərtləşməsini təmin edən bir sistemdir. Temperli şüşə, qırıldıqda kiçik parçalara bölünərək tamamən zərərsiz hala gəlir. Yaralanma riskini azaltdığı üçün təhlükəsiz şüşə kateqoriyasına aid edilir.
Temper şüşəni həmçinin laminə də etmək mümkündür.Temperlənmiş şüşələri emal etmək, yonmaq, kəsmək və eşmək olmaz (qumlama xaric).Aşağıdakı videoda temperli şüşənin qırılmasını əyani olaraq görə bilərsiniz.
Şüşə arası jalüz
Şüşə arası jaluz adi jalüzdən fərqli olaraq iki şüşənin arasına yerləşdirilir və sonra şüşələrin arası vakumlanır və hava keçirmir. Beləliklə jalüzin kirlənmə və sıradan çıxma kimi halları baş vermir. Ayrıca şüşə arası jaluz pərdələr evinizi daha prestijli göstərəcəkdir. İstifadəsi ən rahat jaluzdür və ən vacibi tozlanmır. Şüşə arası jaluz ilə həm şüşə paketin həm də jalüzün üstünlüklərindən yararlana bilərsiniz. Şüşənin xarici səthindəki mexanizma ilə içəridəki jalüzü rahatlıqla hərəkət etdirmək olur:
Şüşə arası jalüzi müxtəlif rənglərdə və həmçinin şəkilli jalüzlərərdən də sifariş etmək mümkündür.
Şüşə arası jalüz plise (parça) jalüz də ola bilər. Maqnitli (tam germetik)Mexaniki (şüşədə deşik açılmaqla)Butonlu (profil üzərində buton vasitəsi ilə)motorlu (uzaqdan idarəli pult və ya şüşə üzərində sensor ilə)
Karolaj
Şüşə arası karolaj – şüşə paketin arasında, həndəsi fiqurlar şəklində müxtəlif naxış və rəng çalarlarıyla dekorativ məqsədlə istifadə edilir. Şüşə arası karolaj, bina və obyektlərin daxili və xarici görünüşünə estetik gözəllik verir.
İç içə keçirilən karolaj çitaları 8 mm, 18 mm, 26 mm, 45 mm ölçülərində olub aşağıdakı özəlliklərə sahibdir:
Ultrabənövşəyi şüalara dözümlü olub rəngi solmur
Karolaj çitaları gizli bağlantılarla iç içə keçirilir.
Şüşə paketin arasında olduğu üçün şüşənin təmizlənməsinə mane olmur.
Ağ , palıdı, qəhvəyi və s. çox çeşidli rəngləri mövcuddur.
Arqonlu şüşə
Arqon paket içərisi qazla doldurulmuş, bir-birinə məsafəli yapışdırılmış iki şüşədən ibarət bağlı germetik kameradır. Belə konstruksiyanın əsas üstünlüyü hava və ya qazın istilik izolyasiyası xassəsindən istifadə edərək, şüşələnmiş sahədən itirilən istiliyin miqdarının azaldılmasıdır. Belə ki, havanın istilikkeçirmə əmsalı 0,025 Vt ⁄ m2k (10°C-də) olduğundan bu aralıqdakı hava istilik izolyasiyasını müəyyən qədər yaxşılaşdırır və istilikötürmə əmsalının miqdarını azaldır.
LOW-E ŞÜŞƏ
Low-e şüşə istilik enerjisinin itirilməməsi üçün istifadə olunur. Bu suse paket halında olur və 2 şüşə arasına arqon qazı vurulur ki effektivlik daha yuxarı olsun. Low-e şüşədə şüşənin bir tərəfinə xüsusi təbəqə çəkilir ki bu da gün enerjisinin qarşısını almaqla günəşin zərərli şüalarının otaöa düşüb içərini isiməsinin qarşısını alır. Şəffaf olan bu şüşə gün şüası qarşısında olduqda şüşədə nisbətən rəng dəyişməsi baş verir ki bu da yalnız çöl tərəfdən hiss olunur.